140 bina nəzarətə götürülüb
20.05.2015 661 0.0 0

"Hal-hazırda 140 bina nəzarətə götürülüb. Penoplastla üzlənmiş binaların üzlənməsində istifadə olunan material laboratoriyalarda yoxlamadan keçiriləcək. İnsan həyatı, təhlükə, yanğına davamlılıq - bu 3 meyara cavab verərsə, saxlanılacaq. Əks halda söküləcək".

Məlumata görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov deyib. 

O, deyib ki, binalar dövlət səviyyəsində nəzarətdə saxlanılır. Araşdırma komissiyasının cavabı gözlənilir.

Mer hadisənin təxribat ola biləcəyini də deyib. "Yaxınlıqdakı binalarda yanğın olmayıb. Ona görə də bunun təxribat xarakterli ola biləcəyi də ehtimal olunur. Bütün binalar mühafizə xidməti əməkdaşları tərəfindən qorunur. Amma vətəndaşlar da diqqətli olmalıdırlar. Təxribat məqsədilə belə hadisələr törədilə bilər. Bizi istəyən qədər istəməyənlər də var. Bu torpaq bizimdir, biz də qorumalıyıq"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar