13 illik maksimumu yeniləyən dollar stabilləşib
17.11.2016 1011 0.0 0

Ötən gün 2003-cü ilin aprel ayında qeydə alınan maksimumu yeniləyən dolların indeksi (6 əsas valyutadan ibarət səbətə nisbətən) bugünkü ticarət sessiyasında stabillik nümayiş etdirir.

 

Məlumata görə, avro 1,0699 dollar civarında ticarət olunur. Ötən gün ticarət sessiyasının sonunda avro 1,0691 dollar səviyyəsində idi.

 

Ötən ticarət sessiyasında dolların Yaponiya yeninə qarşı məzənnəsi 109,08 səviyyəsində idisə, hazırda 109,12-dir.
 

"Donald Trampın prezident seçkilərindəki triumfu bu il dolların indeksinə müsbət təsir edən ən yaxşı amildir. Bu sürprizin hesabına dekabrda uçot dərəcəsinin artırılması ehtimalı kəskin artıb", - deyə FXTM-in analitiki Lukman Otunuqa bildirib.

 

"MarketWatch" isə qeyd edir ki, dolların nümayiş etdirdiyi möhkəmlənmə tendensiyasına baxmayaraq, hazırkı rallidə zəifləmə çalarları sezilir: "Ola bilsin ki, investorlar dolların məzənnəsinin həddən artıq gücləndiyini görüb".
 

Bu arada "WSJ dollar" indeksi (16 əsas valyutadan ibarət səbətə nisbətən) 0,02% zəifləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar