12 yaşlı uşağı avtomobil vurub
22.05.2017 665 0.0 0

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.Məlumata görə, hadisə Ağdaş şəhərinin Müşfiq İsayev küçəsində qeydə alınıb. Şəhərin Hüsü Hacıyev küçəsindəki 2 saylı mənzildə yaşayan 2005-ci il təvəllüdlü Nəbiyev Xəyal Elsevər oğlu yolu keçərkən “VAZ 21015” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xəyal Nəbiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar