11 iyunda gözlənilən hava şəraiti
10.06.2016 720 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 
 
Bakıda və Abşeron yarımadasında

 

İyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
İyunun 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16, yüksək dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
İyunun 12-si gündüzədək Abşeron yarımadasında  meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Digər xəbərlər:
Şərhlər
avatar