10 fevralda gözlənilən hava şəraiti
09.02.2017 2004 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal  küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9, gündüz  0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar