«104 yaşlı» məhşur uşaq dünyasını dəyişdi-Fotolar
04.04.2015 899 0.0 0

İngiltərə mətbuatı , 17 yaşında olmasına baxmayaraq 104 yaşındakı bir insanın bədəninə sahib olan gənc qızın öldüyünü yazıb.

Hayli Okinesin anası Kerri , "Övladım daha yaxşı bir dünyaya köçdü" deyə bildirib.

Sətəlcəm diaqnozu ilə xəstəxanada müalicə alan Hayli Okinesin Şərqi Susseksdəki evində öldüyü qeyd olunub.
 
Haylinin qocalma problemi ilə  cəsurcasına döyüşsədə bu xəstəliyə uduzduğunu vurğulayan İngilis qəzeti, atası Maryın "Hayli xəstəxanadan evə gəldikdən bir saat sonra öldü. Hamımıza vida etmək istədi " deyə açıqlama  verib.
 
İngilis qəzetinin xəbərinə görə, Hayli Okinesin xəstəliyini dünyada 275 uşaq daşıyır.

17 yaşındakı gənc qızın Çelsi kapitanı Con Terri və Castin Biber kimi məşhurlarla birlikdə çəkilmiş xatirə fotoşəkilləri diqqət çəkib.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar