09 oktyabrda gözlənilən hava şəraiti
08.10.2017 812 0.0 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən  yağmursuz olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq. 

 

Azərbaycanın rayonlarında oktyabrın 9-da  hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  20-25° isti,  dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar