08 mayda gözlənilən hava şəraiti
07.05.2016 717 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 

 

Bakıda və Abşeron yarımadasında

 

Mayın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Mayın 08-də şimşək çaxacağı, arabir  yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb  küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24,  dağlarda gecə 2-7,  gündüz 11-16 dərəcə isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar