07 FEVRAL HAVA MƏLUMATI
06.02.2015 838 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında, 

Fevralın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 07-də
 hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 07-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, fevralın 08-də meteoroloji amillərin normal sutkalıq gedişi əsasən əlverişlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar