07 apreldə gözlənilən hava şəraiti
06.04.2016 433 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 

 

Bakıda və Abşeron yarımadasında

 

Aprelin 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Aprelin 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar