03 iyunda gözlənilən hava şəraiti- Dolu yağacaq
02.06.2016 744 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 
 
Bakıda və Abşeron yarımadasında

İyunun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.  Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında


İyunun 03-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.


Digər xəbərlər:
Şərhlər
avatar