02 dekabrda gözlənilən hava şəraiti
01.12.2016 1043 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Dekabrın 02-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-12, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Dekabrın 02-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 02-dən 04-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar