01 fevralda gözlənilən hava proqnozu açıqlanıb
31.01.2022 336 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, fevralın 01-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar