Qazeta.info bildirir ki, İraqda hökumətin açıqladığı rəqəmlərə görə 2014-ci ildəki İraqda baş verən son hadisələrində 15 mindən çox insan həyatını itirib. Məlumata görə ,2014-il 2007-ci ildən bu yana olan illər arasında ən qanlı il olub.
İraq hökumətinin açıqladığı rəqəmlərə görə 2014, son yeddi ildə ən çox sayda adamın öldüyü il olub. 15 mindən çox adamın qarşıdurmalar, hücumlar və digər şiddətli hadisələri nəticəsində həyatını itirdiyi ölkədə ayrıca 22 mindən çox insan da yaralanıb.
2014-ün birinci yarısında böyük nisbətdə hücumların yaşandığı İraqda iyun ayında isə İraq Şam İslam Dövləti (İŞİD) adlı təşkilat Ölkənin ən böyük ikinci şəhəri Mosulu ələ keçirib.
Daha sonra məlumatda cənuba doğru irəliləyişini sürdürürək geniş torpaqları nəzarət etməyə başlayan IŞİD-in irəliləyişinin ardından ölkədə hər gün qarşıdurmalar yaşandığı, şimalda Peşmərgə silahlıları IŞİD-ə qarşı döyüşərkən cənubdakı Ənbar əyaləti və Samirranın şimalında da İraq ordusunun IŞİD-lə mübarizəsi hələ də davam etdiyi qeyd olunub.




