ABŞ RƏSMİSİ: FƏLƏSTİN BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNƏ ÜZV OLA BİLMƏZ
08.01.2015 903 0
Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması qeyri-mümkündür.
“Gazeta.ru”-nun yaydığı məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib.
“Fələstin dövlət olmadığına görə, bu qurumun işində iştirak edə bilməz”, deyə C.Psaki bildirib.
Bundan əvvəl BMT-nin Baş katibi Pan Qi Mun Fələstinin aprelin 1-dən qismən tanınan ölkə kimi Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Qeyd edək ki, Məhkəməyə üzvlük Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.//APA
Digər xəbərlər:
Şərhlər




