Əziz Yıldırım cəzalandırılıb
12.07.2016 593 0.0 0

 “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım cəzalandırılıb. Apasport.az hurriyet.com.tr saytına istinadən xəbər verir ki, buna Türkiyə Kubokunun “Qalatasaray”la keçirilmiş final matçından sonra Yıldırımın hakimə qarşı etdiyi hərəkət və idman adamına yaraşmayan açıqlaması səbəb olub.

 

Nəticədə Peşəkar Futbol İntizam Komitəsi (PFİK) “sarı-lacivərtlilər”in başqanını 8 ay müddətinə haqlarından məhrum edib. Bundan əlavə, Yıldırıma 140 min lirə məbləğində pul cəriməsi kəsilib.

 

Qeyd edək ki, “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra Əziz Yıldırım hakimlərin paltardəyişmə otağına yollanan dəhlizdə referi Mete Kalkavanı təhqir etmişdi. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar