Ziyarətgah yolunda öldürülən qadının şəxsiyyəti bəlli oldu-Foto
16.02.2015 721 0.0 0

Bakıda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.

 

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində fevralın 13-də meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

 

Hazırda polis hadisəni törədən şəxsin və şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

 

Qeyd edək ki,  “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı qadının bıçaqlanaraq öldürüldüyü məlum olub./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar