Ziya Məmmədov Moskvada BMT-nin Nəqliyyat üzrə Konfransında çıxış edib
08.12.2016 775 0.0 0

Bu gün Rusiyanın paytaxtı Moskvada BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfransı və Nazirlər görüşü keçirilir. Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir.
Nəqliyyat Nazilriyindən verilən məlumata görə, Z. Məmmədov çıxışı zamanı bildirib ki, nəqliyyatın ölkələrin sosial-iqtisadi həyatında rolunu artırmaqla gələcəkdə nəqliyyatın daha rasional və təhlükəsiz olması üçün səyləri gücləndirməliyik: "Nəqliyyatın əlverişliliyi, təhlükəsizliyi, nəqliyyat əməliyyatlarında ən müasir informasiya-kommunikasiya texnologiyasının tətbiqi ESCATO regional proqamı əsasında aparılmalıdır”.
Z. Məmmədov Azərbaycanın Qafqaz regionunda nəqliyyat daşımalarının inkişafında fəal rol oynadığını qeyd edərək əlavə edib ki, bu gün müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, nəqliyyat sektorunda gedən işlə tanış olmaq, gələcəkdə uğur əldə etmək üçün yeni proqram hazırlamaq imkanı əldə etmişik.
"Nəqliyyat nazirlərinin 2012-ci ildə keçirilən Konfransında beynəlxalq intermodal nəqliyyat sistemi və loqistikasının yaradılması, regionda nəqliyyatın və ticarət və turizmin inkişafı üçün nəzərdə tutulduğu qeyd edilmişdi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın tranzit siyasəti inkişaf etmiş infrastrukturun qurulması, nəqliyyat daşımalarının diversifikasiyası, tranzit imkanlarının rasional istifadəsi, nəqliyyat layihələrinə dövlət dəstəyi, sərhədlərin keçilməsi prosedurunun sadələşdirilməsi, loqistika sisteminin geniş tətbiqi, malların rahat daşınması üçün nəzərdə tutulub. Biz BMT-nin dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş Vyana proqramını dəstəkləyirik və proqramın hədəfə çatması üçün konkret addımlar atırıq. Biz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat daşınmalarının inkişafı üçün nəzərdə tutulmuş bir sıra layihələrinin təşəbbüskarı və fəal üzvüyük. Buna bariz nümunə olaraq Bakı-Tbilisi-Qars dəmir yolunu göstərə bilərik. Adıgedən layihə Avropa və Asiyanı dəmiryolu şəbəkəsi ilə birləşdirəcək.
Bundan başqa, ilin sonuna qədər İranla sərhəddə yeni körpünün və dəmiryolu sahəsinin tikintisi başa çatacaq. Bununla da, Rusiya-İran-Azərbaycan dəmiryolu şəbəkəsi qurulcaq. Eyni zamanda beynəlxalq əhəmiyyətli avtomobil yolları tikintisi üzərində işlər gedir”, - deyə Z.Məmmədov əlavə edib.
Nazir vurğulayıb ki, Xəzər regionunda dəniz daşımalarını artırmaq və inkişaf etdirmək üçün yeni tanker və bərə-gəmilər alınır. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi davam edir.
Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi, (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur.
Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar