Zimbabve prezidenti Robert Muqabe istefa verib
21.11.2017 671 0.0 0

 Zimbabve prezidenti Robert Muqabe istefaya gedib. 

TASS-a istinadən xəbər verilir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

"Mən Robert Qabriel Muqabe rəsmi olaraq Zimbabvenin prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Qərar bu andan qüvvəyə minir", - R.Muqabe istefa ərizəsində göstərib. 

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb. Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar