Ziddiyyətli statistika nefti ucuzlaşdırır
12.01.2017 840 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 52,15 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar azalaraq 55,07 dollar olub.

Son günlər bazar iştirakçıları neft bazarında tələblə təklif arasında balansın pozulmasına dair ziddiyyətli xəbərlər almaqdadır.

 

Bazarı Səudiyyə Ərəbistanın açıqlaması ümidləndirib. Ərəb ölkəsi bəyan edib ki, neft nəqlini azaldacaq.

 

"BMI Research" şirkəti hesab edir ki, neftin hasilatının azaldılmasına dair OPEC üzvlərinin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ehtimalı 73% təşkil edir. Bu isə ilk göstəricidən yüksəkdir.

 

Bununla yanaşı, ABŞ-da gündəlik neft hasilatı 8,9 mln. barrelə çatıb ki, bu da aprel ayından etibarən rekord göstəricidir. Bununla yanaşı, Qazaxıstan hasilatı artıracağını bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar