Zelenskinin təyyarəsində texniki nasazlıq yaranıb
21.11.2019 412 0.0 0

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsində texniki nasazlıq yaranıb.

Bu barədə "Report" "İnterfax.ru"ya istinadən xəbər verir.

Məlumata görə, hadisə dövlət başçısının Rusiyadan qayıtmış gəmilərə baxışı zamanı baş verib. Belə ki, Vladimir Zelenskinin təyyarəsinin mühərrikində problem ortaya çıxıb. Ukrayna prezidenti bu səbəbdən Oçakova təyyarə ilə vaxtında uça bilməyib.

Nasazlıq dövlət başçısının bir neçə saat yubanmasına səbəb olub. Problemin aşkarlanmasından bir qədər sonra Zelenski və onun müşayiət edənlər başqa təyyarəyə miniblər.

Dövlət başçısının mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, Oçakov hava limanında həmçinin sentyabrın əvvəllərində azad olunmuş 17 Ukrayna dənizçisi olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar