Zelenski Putinə G8-ə qayıtmağın yolunu təklif etdi
22.08.2019 552 0.0 0

Ukrayna prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyanın G8-ə qaytarılmasının həlli yolunu təklif edib. 

Bu barədə RİA "Novosti" xəbər verir.

Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Krım yarımadasını geri qaytardığı və Donbasdakı münaqişəni dayandırdığı təqdirdə, G8-ə qayıda bilər.

Bundan başqa, Zelenski Rusiyaya saxlanılan ukraynalı dənizçiləri azad etməyi təklif edib.

Ukrayna liderinin fikrincə, bu addım Rusiyanın "ali diplomatiyanın gündəliyində yenidən öz yerini tutmağa hazır olduğunu" dünyaya göstərəcək./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar