Zaxarova Bakı və Moskva arasındakı münasibətlərin son vəziyyətindən danışdı
25.05.2017 856 0.0 0

Rusiya Azərbaycanla sıx münasibətləri dəstəkləyir və onları siyasi, iqtisadi, humanitar sahələrdə inkişaf etdirir.

Məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman Rusiya xalqına yaxın olub və bu cür olmaqda davam edəcək: “Biz Bakı və Azərbaycan xalqı ilə qurduğumuz münasibətləri hər hansı bir beynəlxalq amillə bağlamırıq. Əlbəttə ki, biz, Azərbaycan tərəfi ilə beynəlxalq məsələləri, regional məsələləri və problemləri müzakirə edirik”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar