Zaxarova: `Nazir Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək`
16.11.2017 765 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

 

Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".


M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. Rusiya-Azərbaycan əməkdaşlığının əsasında təkcə çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənəsi dayanmır, regional və büynəlxalq gündəmdə olan məsələlərlə bağlı mövqelərin üst-üstə düşməsi və ya yaxınlığı da dayanır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Dövlət başçılarımız arasında müntəzəm olaraq dostluq əlaqələrinin olması ikitərəfli münasibətlərin yüksək inkişafının dinamikasını müəyyən edir, hər hansı məsələnin operativ həllinə imkan verir. Digər səviyyələrdə də, o cümlədən parlamentlərarası səviyyədə intensiv təmaslar dəstəklənir. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində, humanitar və mədəni sahədə əlaqələr inkişaf edir".
 

M. Zaxarova Rusiyanın digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, tərəflər üçün məqbul sayılan həll yolunun tapılmasına yardım etməyə davam etdiyini vurğulayıb.

 

XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar