Zaporojye atom elektrik stansiyası yanır
04.03.2022 259 0.0 0

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

UNİAN-a istinadən xəbər verilir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar