Zakir Həsənov səfərə gedib
30.05.2016 581 0.0 0


Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyəyə yola düşüb

Qazeta.info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.
Məlumat üçün bildiririk ki, 9 ölkənin qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.


Digər xəbərlər:
Şərhlər
avatar