Zakir Həsənov Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində- FOTO
15.11.2016 783 0.0 0

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.
İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən Müdafiə naziri müvafiq göstərişlər verib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar