Zakir Həsənov 3 ölkənin Müdafiə naziri ilə görüş keçirib
27.09.2016 567 0.0 0

Azərbaycan Respublikasının Müdafiə naziri bu gün "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin Müdafiə naziri ilə görüş keçirib.

Qazeta.info xəbər verir ki, sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

 



Daha sonra nazir, bu gün Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 


Məlumat üçün bildirək ki, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar