Zabratda yolu keçmək istəyən iki qadını maşın vurub
08.12.2017 690 0.0 0

Bakının Sabunçu rayonunda iki qadını avtomobil vurub.

Məlumata görə, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

 

 

 

 

 

 

Zabrat dairəsi kimi tanınan ərazidən keçən 1979-cu il təvəllüdlü Tanrıverdiyeva Mətanət Mehdiqulu qızı və 1975-ci il təvəllüdlü Bağırova Fatma Ramiz qızını minik avtomobili vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./Report/


Digər xəbərlər:
Şərhlər
avatar