Zəvvarlar Astara sərhəd buraxılış məntəqəsində yaranan sıxlığa etiraz edir - VİDEO
14.11.2016 826 0.0 0

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsinin giriş qapısında yaranan sıxlığla münasibət bildirib.
"Report"un xəbərinə görə, Komitənin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub: "Sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 
Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.
Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq".
*** 13:03
Zəvvarların "Ərbəin" ziyarətinə getməsi Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsində (SNBM) tıxacların yaranmasına səbəb olub. 
"Report"un məlumatına görə, axşam saatlarından buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olurlar. Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən məntəqənin giriş qapısında sıxlıq yaranıb. 
"Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əzilirlər", - zəvvarlardan biri əlavə edib.
Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-ə dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılırlar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar