Zərif: İran Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmayacaq
08.05.2019 474 0.0 0

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmayacaq.

"Al Jazeera" telekanalına istinadən verilən məlumata görə, bu barədə İranın xairici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, Tehran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmayacaq, lakin sözügedən planın İrannın könüllü qaydada öz üzərinə götürdüyü bir neçə bəndinə əməl etməkdən imtina edəcək.

C.Zərif təəssüflə qeyd edib ki, Avropa İttifaqı və dünya birliyi İranın nüvə proqramı ilə bağlı sazişə dair ABŞ-ın təzyiqlərinə müqavimət göstərə bilmədi./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar