Zərdabda aprel şəhidi anılıb
14.02.2018 1090 0

Bu gün Zərdabda 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə şəhid olmuş Nurlan Rasim oğlu Abdullazadə anılıb.
Məlumata görə, tədbir şəhidin məzarının ziyarət edilməsi ilə başlayıb.
Anım mərasimində Zərdab rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə ailənin yeganə oğlan övladı olan şəhidin döyüş yolundan söz açılıb, qəhrəmanlığı barədə toplantı iştirakçılarına geniş məlumat verilib.
Qeyd edək ki, şəhid Nurlan Abdullazadə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-ci dərəcəli medalla təltif olunub./apa/
Digər xəbərlər:
Şərhlər