«Yuventus» klubunun futbolçusu Bakıya gəlir
10.03.2016 730 0.0 0

Fransa yığmasının və “Yuventus” klubunun əfsanəvi futbolçusu David Trezeqe Bakıya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə, sabah sabiq futbolçu AFFA-nın Hesabat-Seçki Konfransına qatılacaq.

Onun sözlərinə görə, məşhur futbolçunun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil edəcəyi “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir. 

 

David Trezeqenin əfsanəvi komanda yoldaşları. Nedved və Del Pyero 

Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək. Trezeqe 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısıdır. Hazırda İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərir. Trezeqe 4 dəfə İtaliya çempionu olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar