Prokopis Pavlopulos Yunanıstanın yeni prezidenti seçilib.
Yunanıstanda, Radikal Sol İttifaq lideri yeni seçilən baş nazir Aleksis Tsipras başçılıq etdiyi koalisiya hökumətinin namizədi Prokopis Pavlopulos, Yunanıstanın yeni prezident olub.
Xatırladaq ki, Pavlopulos iki namizədin qatıldığı seçkinin dördüncü turunda 300 yerlik parlamentin səsvermədə iştirak edən 295 üzvünün 233-ünün "lehinə" səsini alaraq Yunanıstanın 16-cı prezidenti olub.
Yunanıstanda, əvvəlki koalisiya hökuməti tərəfindən dəstəklənən prezidentliyə namizəd Stavros Dimas, səsvermənin 17 dekabrda keçirilən ilk mərhələsində kifayət qədər səs toplaya bilmədiyi üçün Yunanıstan parlamenti vaxtından əvvəl seçkiyə gedərək Pavlopulosu prezident seçdi.
Bildirək ki, yeni prezident vəzifəsini 28 Fevralda hazırkı Prezidentdən Karolas Papulyasdan təhvil alacaq




