Yük avtomobilləri toqquşub, xəsarət alanlar var - VİDEO
23.10.2019 515 0.0 0

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qazeta.info "Report"un xəbərinə istinadla bildirir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük maşını qarşıda hərəkətdə olan mişar daşı ilə dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Göranboy sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Füzuli oğlu və Bakı sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar