Yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
13.03.2017 677 0.0 0

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib. 

Belə ki, həmin qəsəbənin sakini Təbriz Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, Xocavənd rayon sakini Niyaməddin Abdullayevin idarə etdiyi "KamAZ" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü T.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və martın 11-də orada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar