Yevlaxdakı yanğında xəstəxana və FHN-in əməkdaşları zəhərlənib
27.07.2017 473 0.0 0

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

Məlumata görə, həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən fakt təsdiqlənib.

 

Əldə etdilən məlumata görə, yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar