Yer kürəsi üçün hökm çıxarıldı - Dözülməz həyat və cəhənnəm XƏBƏRDARLIĞI
11.01.2018 1110 0.0 0

Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə çevriləcək.

Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, belə xəbərdarlıqla britaniyalı məşhur fizik Stiven Xokinq çıxış edib.

Fizik əmindir ki, istixana qazlarının tullantıları azaldılmasa, Yer kürəsi səhtində 460 dərəcə tempuratur olan Veneranın taleyini yaşaya bilər. Xokinq vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Paris İqlim Razılaşmasından çıxmaqla bağlı qərar verməklə planetə ölüm hökmü çıxarıb.

 

Qeyd edək ki, Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatına görə, 4 milyard il əvvəl Venerada həyat (Günəşə ikinci ən yaxın planetdir - red.) Yer kürəsindəki indiki həyata oxşar idi. Venerada iki milyard il boyunca su, atmosfer, bitki və temperaturun planetimizlə təxminən eynilik təşkil etdiyi deyilir. Ancaq atmosferində istixana qazlarının toplanması ilə dənizlər və okeanların məhv olduğu, Veneranın sürəti saatda 300 kilometrə çatan isti küləklərin olduğu bir planetə çevrildiyi bildirilir.

Nəzərə alaraq ki, Yer kürəsinin yaşı orta hesabla 4,5 milyard ildən ibarətdir, onda Xokinqin fikrincə, Yer kürəsi artıq 500 milyon il sonra “cəhənnəm”ə çevrilə bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar