Yeni statusda fəaliyyət göstərəcək dövlət və bələdiyyə xəstəxanalarının maliyyələşmə mexanizmləri açıqlanıb
26.10.2016 417 0.0 0

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin maliyyələşmə mexanizmləri açıqlanıb.

məlumata görə, bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

 

Nizamnaməyə  bu müəssisələrin nizamnamə fondu və əmlakı barədə müvafiq bölmə əlavə edilib. Beləliklə, bu müəssisələrin nizamnamə fondu tabe olduğu orqan tərəfindən verilmiş əmlak hesabına formalaşacaq. Müəssisələrin əmlakı nizamnamə fondundan, ona tabe olduğu orqan tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşacaq. Bu müəssisələr əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirəcək. Müəssisələrin tabe olduğu orqan müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün müəssisəyə verdiyi əmlakın dəyəri həddində risk daşıyacaq.

 

Bu müəssisələrin yenidən təşkili və ləğvi müəssisənin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” qanununa uyğun olaraq həyata keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar