YENİ SEÇİLƏN ATEİST BAŞ NAZİR İNCİLƏ ƏL BASMADI
27.01.2015 644 0.0 0

Yunanıstandakı vaxtından əvvəl keçirilən seçkilərdən qalib çıxan SYRIZA lideri Aleksis Tsipras, Baş nazir Kürsüsünə sahiblənərkən dini and içməyib.

Ateist olduğu üçün Tsipras yalnız siyasi and içərək vəzifə öhtəliklərini üzərinə götürərkən nə  İncilə əl basıb və nə də ki, baş yepiskopun hüzuruna çıxıb.

Xatırladaq ki, qaydalara görə, baş nazir baş yepiskopun qabağında İncilə əl basaraq and içməli idi.
Tsipras eyni zamanda baş yepiskop Ieronimosa yeni hökumətin vəzifəyə başlaması zamanı kabinetdə dini and mərasimi edilməsini istəmədiyini, kabinet üzvlərinin də eyni şəkildə siyasi and içəcəyini söyləyib.

Yeni hökumətin vəzifəyə başlama mərasimi sabah, baş yepiskopun iştirakı olmadan həyata keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar