YENİ ŞƏXSİYYƏT VƏSİQƏLƏRNİN FƏRQİ
16.01.2015 778 0.0 0
Texnologiyaların inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artırılması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə olunmasına zərurət yaradır. Yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.
 
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov məlumat verib.
 
Bildirilib ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcəkdir. Həmçinin, bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək(AzerTac).

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar