«Yeni Müsavat»ın müxbiri məşhur körpüdə «intihar»a cəhd etdi- FOTOLAR
07.02.2016 735 0.0 0

İki gün əvvəl Bakıda sahibkarın körpüyə çıxaraq intihara cəhd etməsi körpülərin mühafizəsi məsələsini bir daha aktuallaşdırdı. 

Xatırlayırsınızsa, ötən il “Koroğlu” metrostansiyası yaxınılığındakı körpüdə bir neçə insan intihar cəhd edərək, deputatları və icra başçılarını oraya çağırmışdı. Bu hadisələrdən sonra həmin  körpü “intihar körpüsü” adı ilə tanındı. İntihara cəhd edənlərin qarşısını almaq üçün oraya mühafizə polisi təhkim edildi.

Qazeta.info xəbər verir ki, “Yeni Müsavat”ın müxbiri bu gün “intihar körpüsündə” mühafizənin  necə təşkil olunduğunu öyrənmək üçün  həmin ərazidə olub. 

Körpünün altında və yuxarı hissəsində mühafizə polisinə məxsus avtomobillər dayansa, da orada heç bir polis əməkdaşı gözə dəymir. Ətrafdakıların dediyinə görə, əvvəllər burada silsilə intiharların olduğu vaxtda mühafizə daha güclü idi. Lakin indi bu məsələ gündəmdən çıxdığı üçün mühafizə də zəifləyib. 

 

 

 

Biz də mühafizənin olub-olmadığını yoxlamaq üçün, “intihar”a cəhd etdik. Körpünün üzərindəki dəmir sütunların üzərinə çıxaraq 20 metr yüksəkliyə qədər dırmandıq. Bizim bu addımımız yoldan keçən sürücülərin diqqətini cəlb etsə də, mühafizə polisinin “ruhu da duymadı” . /musavat.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar