Yeni doğulan körpəsini öldürən qadın həbs edilib
05.04.2022 555 0.0 0

31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanmışdır.
Qazeta.info Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilmişdir.
  Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar