Yeni bağırsaq supermikrobu yayılır — Yalnız BU ŞƏXSLƏR qoruna biləcək
29.10.2019 512 0.0 0

Dünyanın bir neçə alim qrupu və kliniki mərkəzlərinin apardıqları son tədqiqatlar dünyada yeni supermikrobunun yayılmasını təsdiqləyib. Antibiotiklərə davamlı E. Coli ştamlı bağırsaq bakteriyaları qanı infeksiya ilə yoluxduraraq, insandan insana keçməklə yayılır və ağır müalicə olunduğundan ölüm riski yüksəkdir.

 

Qazeta.info "Ölkə.Az"- a istinadla bildirir ki, nə qədər qəribə səslənsə də supermikrob müasir insanların pis gigiyenası səbəbindən yayılır. Tualetdən sonra əlləri yumamaq, yaxşı bişməyən və çiy ətin yeyilməsi, çirkli meyvə-tərəvəzlər bakteriyaları daha dözümlü edib. 

Alimlər bakteriyanın necə yayılmasını araşdırıb. Bunun üçün Avropada bir neçə iri şəhər kanalizasiyalarından super bakteriyardan nümunələr götürülüb. 
Eləcə də heyvan və insan nəcisi, ət, meyvələr, göyərti və qidalar üzərində eksperimentlər aparılıb.

Nəticədə məlum olub ki, insan qanı, nəcisi, kanalizasiyalarda eyni supermikrobun ştammları çoxdur.

Qida, tərəvəz və mal-qarada olan mikroblar isə bir qədər fərqlidir. 

Ona görə belə qərara gəlinib ki, E. Coli bakteriyasının insana  məxsus ştammı var və o bağırsaqlarda məskən salır.

Ona görə heyvandan da keçən mikrobdan güclüsü insandan insana keçən və xüsusilə tualetlərdə yoluxa bilən ştammdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar