Yaşlı qadının qarnından çıxanlar həkimləri dəhşətə gətirdi - VİDEO
05.02.2018 2252 1.0 0

Meksikalı həkimlər 57 yaşlı Kosta-Rikalı qadının qarnından 34 kq ağırlığında şiş çıxarıb.

Metbuat.az-ın xəbərinə görə, həkimlər Soniya Lopezə 8 il əvvəl əməliyyat olunması ilə bağlı xəbərdarlıq edib. Lakin qadın bəzi şəxsi məsələlərdən əməliyyat etdirə bilməyib.

Özünü yorğun və xəstə hiss edən Soniya uzun müddətdən sonra cərrah Pablo Sibajaya müraciət edib. Həkim onun qarın boşluğundan 34 kq ağırlığında şiş çıxarıb.

Həkimin sözlərinə görə, şiş qadının qarın boşluğunun yüzdə 80 faizini əhatə edib və qaraciyər ilə bağırsağın normal işləməsini əngəlləyib.

Müvəffəqiyyətlə bitən əməliyyatın ardından qadının vəziyyətinin yaxşılaşdığı bildirilir./Saglamolun.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar