Yaponiyanın baş naziri 1978-ci ildən ilk dəfə olaraq İrana yola düşüb
12.06.2019 801 0.0 0

Yaponiyanın baş naziri Sindzo Abe çərşənbə günü Tehrana rəsmi səfərə yola düşüb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, o, Tehranda İranın ali dini lideri Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşəcək.

Yaponiyanın hökumət başçısı İrana sonuncu dəfə 1978-ci ildə İrana səfər edib. O zaman İranda şah rejimi idi və İslam Respublikası qurulmamışdı.

Danışıqların mərkəzi mövzusunun ABŞ-ın çıxmasına baxmayaraq, İran nüvə sazişinin saxlanılması olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar