Yaponiya Şimali Koreya ilə münasibətlərin normallaşmasına çalışacaq
11.04.2022 321 0.0 0

Yaponiya bundan sonra da Şimali Koreya ilə münasibətlərin normallaşmasına, həmçinin bu dövlətin raket və nüvə proqramından imtinasına çalışacaq.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, Yaponiya hökumətinin Baş katibi Hirokadzu Masuno mətbuat konfransında bildirib.

“Yaponiya və Şimali Koreya arasında imzalanmış Pxenyan Bəyannaməsi (2002-ci il) əsasında Şimali Koreyada saxlanılan Yaponiya vətəndaşları, raket və nüvə proqramı kimi mürəkkəb problemləri kompleks şəkildə həll etmək, keçmişin bədbəxtlikləri ilə vidalaşmaq və iki ölkə arasında münasibətlərin normallaşmasını həyata keçirmək mümkündür”, - H.Masuno deyib.

Bununla belə, o, Şimali Koreya tərəfindən raket buraxılışlarının həyata keçirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün Kim Çen Inın Koreya Əmək Partiyasının Birinci Katibi vəzifəsinə keçməsinin 10 ili tamam olur./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar