Yaponiya fövqəladə iclas çağırdı - ABŞ-ın atdığı raketlərə görə
07.04.2017 735 0.0 0

Yaponiya hökuməti ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahat olaraq təcili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Yaponiya xarici işlər naziri Fumio Kisida bəyan edib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi barədə informasiya yoxlanılır, yalnız bundan sonra Yaponiya hökuməti öz mövqeyini bildirəcək.

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar