YAP-çı deputatdan manatla bağlı maraqlı təklif- 'Manatın üzərində ümumimilli liderin şəkli olmalıdır'
14.10.2016 716 0.0 0

Siyavuş Novruzov: “Bəli, Azərbaycan milli valyutasının üzərində ümummilli liderin şəkli olmalıdır”

Milli Məclisin plenar iclsında çıxış edən deputat Siyavuş Novruzov həmkarı Elmira Axundovanın çıxışına münasibət bildirib. 

Mərhum prezident Heydər Əliyevin şəkli və səsi ilə bağlı xanım deputatın dediklərinə reaksiya verən S.Novruzov bunları bildirdi: “Bəli, Azərbaycan milli valyutasının üzərində ümummilli liderin şəkli olmalıdır. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu, var. İngiltərə kraliçalarının hər birinin adına pul var və Avstraliyadan Yeni Zelandiyaya qədər işləyir. Düzdür, mən razı deyiləm ki, Heydər Əliyevin şəklini kimsə maşınının kapotuna vursun. Amma kimsə sinəsində, ürəyinin başında gəzdirmək istəyirsə, ona heç kim qadağa qoya bilməz. Ümummilli liderin adı hər yerdə olmalıdır”./musavat.com/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar