Yanukoviçdən ŞOK BƏYANAT: 'ABŞ səfirliyində qərargah yaradılmışdı və...'
21.11.2016 771 0.0 0

“Ukraynada çevriliş qaçılmaz idi və onun gedişini əvvəlcədən planlaşdırdılar”.

“RİA-Novosti” agentliyinə istinadən xəbər verilir ki, bunu Maydan hadisələrinin üçüncü ildönümü ilə bağlı ölkənin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi deyib.

“Biz bu gün insanları kimin güllələdiyini bilmirik. Və bu problemdir və çox təhlükəli bir mövzudur. Bu gün heç kəs özünü sakit hiss edə bilmir”, - Yanukoviç amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibədə bildirib.

2013-cü ilin sonunda baş verən hadisələri yada salan Yanukoviçin sözlərinə görə, bu, Ukrayna üçün çox mürəkkəb bir dövr idi: “Kiyev hər şeydən əvvəl Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparırdı, ancaq Beynəlxalq Valyuta Fondu qəbuledilməz həll variantları təklif edirdi. Xüsusi halda, qurum əhali üçün tariflərin əhəmiyyətli dərəcədə qaldırılmasını məsləhət görürdü. Bu halda əhalinin xərcləri ciddi şəkildə artır, amma gəlirləri əvvəlki kimi qalırdı. Biz buna getmədik. Biz başqa həll variantlarını təklif etdik və 2013-cü ilin noyabrında Beynəlxalq Valyuta Fondundan rəsmi imtina cavabı aldıq. Rusiya variantı qalırdı. Rusiya bizə dedi ki, əgər bizim maraqlarımızı nəzərə alsanız, sizinlə partnyorlar kimi işləməyə hazırıq. Biz gördük ki, Avropa ilə hazırlanan razılaşma böyük iqtisadi xərcləri tələb edir. Avropa kompensasiyalar təklif etmirdi. Bir halda ki, Rusiya bazarı Ukrayna üçün qismən azalırdı və ya bağlanırdı. Avropa ilə danışıqlarımız müvəffəqiyyətlə nəticələnmədi”, - Ukraynanın sabiq prezidenti deyib.

Yanukoviçin sözlərinə görə, Maydanda baş verənlərə ilk əvvəllər dinc aksiyalar kimi baxırdı və nümayişçilərlə danışıqlar aparmağa hazır idi. Keçmiş prezident qeyd edib ki, dinc etirazlar silahlı aksiyalar çevrilməyə başlayanda da güc tətbiqinə qarşı idi.

O, əlavə etdi ki, sərt qeyri-qanuni hərəkətlər 2013-cü ilin dekabrında başlanıb. Yanukoviçin sözlərinə görə, hadisələrdə neonasist təşkilatlar iştirak etməyə başladılar. Siyasətçi əmindir ki, həmin vaxtda tətbiq olunan texnologiyalar əvvəlcədən planlaşdırıldı.

Stoun sabiq prezidentdən ABŞ-ın Maydan hadisələrində iştirakına dair sübutların olub-olmadığını soruşub. Yanukoviç bu suala müsbət cavab verib: “ABŞ-ın nümayəndələri, Konqres üzvləri, Nuland xanım sıx-sıx qonaq gəlirdilər. Mümkündürmü ki, mitinq iştirakçıları ABŞ-da hökumət binalarını tutsun və Ukraynanın səfiri Ferqyusonda onların yanına gələrək pryanikləri paylasın, ABŞ polisini ittiham etsin? Mən hesab edirəm ki, bu Avropanın hər hansı ölkəsində yolverilməzdir. Ukraynaya belə bir münasibət niyə göstərilirdi?”

Yanukoviç bildirib ki, ABŞ-ın Ukraynadakı səfiri səfirlikdə Maydanın nümayəndələrini daim qəbul edirdi: “Biz bunu çox yaxşı bilirdik və izləyirdik. Təəssürat yaranırdı ki, ABŞ səfirliyində qərargah mövcuddur və Maydandakı prosesi idarə edir. Fevralın 20 və 21-də artıq aydın idi ki, silahlı çevriliş başlanıb. Hakimiyyətin tutulması və çevriliş ssenarisi qaçılmaz idi”./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar